CəmiyyətGündəmHadisə

Başqalarına qarşı istifadə edilən metodlar hakimiyyətin özünə qayıdır?

Azərbaycan hakimiyyəti illərdir jurnalistləri və siyasi fəalları susdurmaq üçün şantaj, təzyiq, qorxu və şəxsi həyatın istismarı kimi çirkin üsullardan istifadə edir. Xüsusilə gənc fəalların zəif nöqtələri sistemli şəkildə hədəfə alınır, gizli çəkilişlər və intim videolar siyasi təzyiq vasitəsinə çevrilirdi. Məqsəd sadə idi: səsi kəsmək.

İroniya ondadır ki, başqalarının şəxsi həyatını “əxlaq” adı altında linç edən hakimiyyət, söhbət özünə gəldikdə toxunulmazlıq tələb edir. Diskoteka, bar və şəxsi münasibətlər onlar üçün normal hesab olunur, xalq üçün isə eyni davranış “ləyaqətsizlik” kimi damğalanır. Bu, əxlaq deyil, bu, ikiüzlü imtiyaz sistemidir.

Hər kəsin şəxsi həyatı toxunulmazdır. Kiminsə necə yaşaması, kimlə münasibət qurması və ya ailə yaratması onun şəxsi seçimidir və siyasi mövqeyinə görə alçaldılmaq üçün alətə çevrilə bilməz.

Bu gün bir zamanlar başqalarına qarşı istifadə edilən metodların hakimiyyətin özünə qayıtması isə ilahi ədalətin bumeranq kimi işlədiyini göstərir.

 

Bəhruz Əliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Çingiz Abdullayev reanimasiyaya yerləşdirilib

redaktor

Tağı Əhmədovun 2 milyonuna görə yaqut daşı satışa çıxarılacaq

redaktor

Biz səhnə insanıyıq, belə daha maraqlı olur…

redaktor