16 C
Bakı
23 Mart 2026 16:50
DünyaGündəmSiyasətŞou

Rusiyanın çox istedadlı, məşhur aktyoru və komiki Aleksandr Nezlobinin möhtəşəm çıxışından fraqment:

-Rusiyada məni məhkəməyə vermək istəyirlər. Sizcə niyə? Bir zarafata görə, bu zarafat da təzəlikcə qəbul olunan qanun əsasında yaranıb.

Təsəvvür edin ki, sosial şəbəkələrdə “müharibəyə yox” yazan adamı 7 il müddətində həbs gözləyir. Müqayisə üçün qanunvericilik cinsi təcavüz edən adam üçün 5 ilə qədər həbs nəzərdə tutur. Buna baxmayaraq yenə də Rusiyada “muharibəyə yox” deyən və yazan insanlar tapılır, amma məncə mövcud qanunvericiliyi nəzərə alaraq “müharibəyə hə” deyən 1 nəfəri tapıb zorlamaq daha məqsədəuyğun olardı, 2 il qabağa düşürsən.

Rusiyada artıq “Nezlobin rusları zorlamağa çağırır” başlıqlı məqalələr çıxır və anam şok içində mənə zəng edərək soruşur:”Oğlum, bu nədir, sən belə söz demisən?”

Mən də dedim:”Ana bütün rusları demirəm, 1 rusu nəzərdə tuturam…və 1 nəfər belarusu”.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Bu adam iki dəfə Sovet İttifaqı qəhrəmanı general Həzi Aslanovun eyni adlı nəvəsi general mayor Həzi Aslanovdur.

admin

Mühüm görüş: Ərdoğan Ukraynaya gedir

redaktor

Yaxın günlırdə İranı sürprizlər gözləyir.

admin