14 C
Bakı
23 Mart 2026 13:10
İdman

“Qarabağ”ın bəxtinə bu rəqib çıxdı

Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.

Bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilir. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Liqa mərhələsini 22 pillədə başa vuran Azərbaycan təmsilçisi “səpələnməmişlər” səbətində yer alıb. “Qarabağ”ın rəqibi 4 dəfə İngiltərə çempionu “Nyukasl” komandası olub.

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda oynanılacaq.

Bunu da qeyd edək ki, “Qarabağ” – “Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran “Barselona” və ya 6-cı yerin sahibi “Çelsi” ilə qarşılaşacaq. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

redaktor

“Qarabağ” “Frayburq”a qarşı – Yenilənir

admin

Milli uduzdu, federasiyanın prezidenti CƏZALANDIRILDI

redaktor