Tarix

Nadir şahın oğlu Mustafa Əli olduğu təxmin edilən baron İosif fon Semlinin Vyanada yaşadığı ev.

Mustafa Əli 1736-cı ildə İsfahanda anadan olub. 11 yaşı olanda atası öldürüldü. Digər qardaşlarından fərqli, Mustafa Əlinin İranda öldürülməsi haqda məlumat yoxdur.

Yozef fon Semlinin əslində Mustafa Əli olması barədə versiyaya görə, Nadirin sadiq adamları şahzadəni əvvəlcə Osmanlı imperiyasına, oradan isə Belqrad yaxınlığındakı Zemun (almanca: Semlin) şəhərinə gətirdilər. İki əsrə yaxın Osmanlı dövlətinin tərkibində olan şəhər 1718-ci ildə Avstriya monarxiyasına qatılmışdı.

Az sonra imperatriçə Mariya Tereza Nadir şahın oğlu olduğu deyilən uşaqdan xəbər tutur. İmperatriçə təxminən 1755-ci ildə ona İohann İosif fon Semlin zadəgan adı daşımağa icazə verir. Əfşar şahzadəsi 1756-cı ilin yanvarında xristianlığı qəbul edir və katolik üsulu ilə xaç suyuna çəkilir.

O, 1757-ci ildə fendrik (təxminən leytenant) rütbəsində Avstriya ordusunun tərkibində Yeddillik müharibədə iştirak edir. Breslau və Hoxkirx döyüşlərində yaralanır. 1759-cu ildə ona imperatriçə tərəfindən irsi baron titulu verilir. Mariya Tereza onun Nadirin oğlu olduğuna inanırdı, amma əlində sənəd-sübut olmadığından baronluq haqda diplomda “İranın ən kübar və qəhrəman ailələrindən birindən olan” yazılırdı.

O, döyüşlərin birində prussiyalılara əsir düşür. Nadirin oğlunun əsir düşdüyünü eşidən Prussiya kralı II Fridrix onu nahara dəvət edir, uzun müddət söhbətləşir və sonra azad edərək Avstriyaya qaytarır.

Yaralar üzündən uzun müddət müalicə alması fon Semlinin hərbi karyera yüksəlişinə mane olur. O, 1792-ci ildə mayor rütbəsində təqaüdə çıxır və ildə 810 qulden pensiya alır. Vyanadan 15 km uzaqda yerləşən Mödlinq şəhərində yaşayır.

İosif fon Semlin 1821-ci ildə Vyana köçür və şəkildəki evdə yaşayır. 1824-cü il fevralın 13-də 88 yaşında vəfat edir və Müqəddəs Mark məzarlığında (Sankt Marxer Friedhof) dəfn edilir. Vəsiyyətinə əsasən, dəfnində iştirak edən hər kasıba 5 qulden verilir.

Baronun iki oğlunun olması və Avstriya ordusunda xidmət etmələri məlumdur. Nəslin sonrakı davamı barədə məlumat yoxdur.

 

Mənbə:  “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qara sentyabr, kralın fədailərlə savaşı, terror tarixində ilk…

admin

Cır-cındır içində, dilənçi, ac, dişsiz…” – Çingiz Abdullayev

admin

Bizdə Türkiyə siyasəti ilə maraqlanan insanların bir çoxu zəhmət çəkib, Türkiyə siyasi tarixini oxumur.

admin