8 C
Bakı
09 Fevral 2026 15:06
CəmiyyətGündəmŞou

Bu qərar gecikmiş, amma yerində verilmiş addımdır.

Etibar Əhmədovun vəzifədən azad olunması Xətai RİH-də dövlət ciddiyyətinin şəxsi şouya qurban verilməməli olduğunun hər kəsə açıq mesajıdır.

Dövlət qurumu estrada tədbiri deyil. Rəsmi protokol var, qayda var, məsuliyyət var. Müğənninin – kim olmasından asılı olmayaraq – dövlət strukturu səviyyəsində, protokola zidd şəkildə qarşılanması açıq-aşkar vəzifə səlahiyyətlərinin yanlış istifadəsidir.

İcra hakimiyyəti məmuru xalqın gündəlik problemləri ilə məşğul olmalıykən, səhnə ulduzuna “xüsusi mərasim” təşkil etməsi həm dövlət etikasına, həm də vəzifə məsuliyyətinə hörmətsizlikdir. Dövlət adından şəxsi PR, şəxsi simpatiya və ya populist jestlər etmək bağışlanmazdır.

Etibar Əhmədovun vəzifədən kənarlaşdırılması onu göstərdi ki, heç kim tutduğu kresloya arxayın olub qaydaları tapdalaya bilməz. Bu qərar cəmiyyətə verilən düzgün siqnaldır: dövlət idarəçiliyi şou-bizneslə qarışdırıla bilməz, protokol isə “istəyə görə” pozulan kağız deyil.

Bu addım tərifə layiqdir. Çünki dövlət nüfuzu məmurun şəxsi ambisiyasından və zövqündən həmişə üstün olmalıdır.

 

Aslan Həmidli

Tacxeber.com

Oxşar xəbərlər

Rəşad Dağlı azadlığa buraxıla bilər

redaktor

Tural Abbaslı barədə qərar verildi

admin

Niyamdan evlilik təklifi: Bir molla, bir kəllə qənd…

redaktor