Dünyaİdman

PSJ-nin baş məşqçisi Luis Enrike “Qarabağ”la oynamaq üstün tutur

“Bu qrup mərhələsindən çıxmağın nə qədər çətin olduğunu bilən bir komanda varsa, bu da bizik. “Monako” və ya “Qarabağ”la qarşılaşmağa hazırıq”.

QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensail rəqiblərindən olan PSJ-nin baş məşqçisi Luis Enrike deyib.

Klubun televiziyasına müsahibə verən mütəxəssis qeyd edib ki, pley-offda “Qarabağ”la oynamağı daha üstün tutur:
“Görəcəyik, ümid edirəm ki, bu, Fransa komandası olmayacaq. Çünki biz fransızlara qarşı oynamaqdan bezmişik, Başqa bir ölkəyə getmək, “Qarabağ”la oynamaq daha yaxşıdır. Çətin səfər oyunlarına öyrəşmişik. Bəzi oyunçularımız sıraya dönəcək. Bu gün daha bir vacib oyunçu (Xviça Kvaratsxeliya – red.) zədələndi. Bu, təəssüf doğurur, amma biz bunu qəbul etməliyik”.

Xatırladaq ki, pley-off mərhələsinin püşkü yanvarın 30-da atılacaq. “Qarabağ” bu mərhələdə ya PSJ-yə (Fransa), ya da “Nyukasl”a (İngiltərə) rəqib olacaq. Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda keçiriləcək. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Müharibənin Bumeranq Effekti: Rusiya Öz Yanacaq Qıtlığında Boğulur

redaktor

“Krım konsensusu” və kollektiv məsuliyyət

redaktor

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

redaktor