DünyaGündəmSiyasət

Ermənistan nüvə elektrik stansiyasının tikintisinə ABŞ-ı cəlb etmək istəyir.

ABŞ-ın vitse-prezidenti J.D. Vensin fevral ayında Ermənistan və Azərbaycana səfəri TRIPP marşrutunu müzakirə etməklə yanaşı, ABŞ-ın iştirakı ilə modul tipli nüvə elektrik stansiyasının tikintisinə də toxuna bilər. Bu barədə Ermənistanın “Hraparak” nəşri hökumət mənbəyinə istinadən məlumat verir.

Qəzetin məlumatına görə, pərdəarxası prosesdə Ermənistan hakimiyyəti ABŞ-ın modul nüvə elektrik stansiyasının tikintisində iştirak etməsinə imkan verən sənəd imzalamağı düşünür. Modul nüvə elektrik stansiyaları mövzusu ölkədə bir neçə ildir ki, müzakirə olunur.

Nəşr yazır ki, “Qərb və ABŞ Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını və modul tipli nüvə elektrik stansiyalarının tikintisini Rusiyanın regiondakı təsirini azaltmaq üçün atılan addım kimi görür”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp: “Narazıyam, görək, İsraili sakitləşdirə bilirəmmi”

redaktor

Ukrayna 100-dən çox vaqnerçini məhv etdi

redaktor

Nobel mükafatı yoxdursa, sülh də olmayacaq – ABŞ prezidenti Donald Tramp

redaktor