DünyaSiyasət

ABŞ-la, Qərblə əməkdaşlıq müsbətdir. Və bu yolda isə, reformalar mütləqdir.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaz regionuna səfəri, bu çərçivədə ABŞ-la Azərbaycan və Ermənistanın arasında strateji anlaşmalar imzalanması da gözlənilir. Çox müsbət haldır, Azərbaycan və bölgə üçün. Belə yüksək post sahibinin səfəri, bölgəyə, iki Cənubi Qafqaz dövlətinə və eynilə regiondakı sülh, sabitliyə ABŞ-ın xüsusi diqqəti deməkdir.

Səfərlə bağlı sıra gileyli çıxışlar olur, ABŞ niyə Ermənistanla enerji və Azərbaycanla isə hərbi məsələlərlə bağlı əməkdaşlığa diqqət verəcək ABŞ-ın regiona gəlişinə qarşı olan dövlətlərin mənafei yönlüləri kənara qoyub, səmimi sual yönəldən vətəndaşlarımıza öz fikrimi bildirim.

ABŞ-ın Tramp dövrü ilk əməkdaşlıq addımdır, bu. Əməkdaşlıq təbii ki, ilk əvvəl, təhlükəsizlik sahəsindən başlanmalı idi. Çünki, region çox “siyasi-hərbi seysmik” təhlükəli zonadır. Hansı ki, ABŞ da və iki qonşu region dövləti də bunu yaxşı bilir. Bu halda Ermənistana təhlükə olan, onun Rusiyadan enerji adılılığıdir. Hansı ki, ilk anında Rusiya bu ölkənin enerji nəfəsini kəsər.

Azərbaycana isə, təhlükə hərbi yöndən, şimal və cənub tərəfdən ehtimal ediləndir, xüsusən dəniz tərəfdən. Ona görə də, ABŞ tərəfdaşlığı və əməkdaşlığı hər iki ölkə ilə, onların təhlükə qarşısında dayanıqlığına diqqətdən başlayıb, düşünürəm ki. Və öndə iki Qafqaz dövləti ilə bilib-bilmədiyimiz, diğər strateji razılaşmalar, Zəngəzur, TRİPP marşrutu ilə tanışlıq da var.

Və ABŞ vitse-prezidenti Vensin gəlişində bir məqam da o gözlənilir ki, prezident Trampın müraciəti ilə, Azərbaycanda, siyasi adlanan çoxsaylı məhbusların azad edilmə məsələsi qaldırılsın, danışıqlarda. Düşünürəm ki, vacib məsələdir, Azərbaycanın demokratik Qərblə strateji yaxınlığı fonunda, kütləvi azadetmə. Çünki, ABŞ-Qərb dostluğu, uyğunluq istəyir!

P. S.
Mən Azərbaycanmızın özü üçün dünyanın indiki keçid dövrü həyati vacib olan, həm də, gecikmədən, mütərəqqi reformalara gedilmə səmimi tərəfində, ümidi həm arzusundayam. Xalqın rifahı, dövlətin sivil inkişafı üçün, belə yolda bir vətəndaş kimi addıma da, hazıram. Köklü dəyişikliklər vacibdir ölkədə zənnimcə. Olmasın ki, zaman bizdən kəskin tələb etsin.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Kosovo millisinə texniki məğlubiyyət verildi

admin

Ukraynadan xüsusi əməliyyat: Rusiyanın Su-34 qrıcıları məhv edildi

redaktor

Tramp onlara müharibə elan etdi: “Hazır olun, hər şey çox tez baş verəcək”

redaktor