16 C
Bakı
23 Mart 2026 19:55
DünyaSiyasət

Saakaşvili Azərbayan-Ermənistan yaxınlaşmasından narahatdır

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin regionda yeni tranzit dəhlizi yaratmaq və Ermənistanla Azərbaycan arasında birbaşa daşımaları başlatmaq planları barədə bəyanatına münasibət bildirib.

“İlham Əliyevin bu gün tranzit marşrutunun Gürcüstan üzərindən keçdiyini, sabah isə Ermənistan üzərindən keçəcəyini deməsi 1990-cı və 2000-ci illərdə ölkə olaraq əldə etdiyimiz hər şeyi məhv edir”, – o “Facebook”da yazıb.

Eks-prezident vurğulayıb ki, Gürcüstan son dərəcə ağır geosiyasi dalana dirənib və bu vəziyyət yaxın vaxtlarda “ya bizi müstəqil dövlət kimi ləğv olunmağımıza aparacaq, ya da mafiya lideri İvanişvilinin caynağından qurtulub ölkəni sürətli inkişaf yoluna qaytaracaq”.(Azpolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

VPN olmadan ona daxil ola bilməzsiniz: Rusiyada YouTube və WhatsApp domenləri yoxa çıxıb.

redaktor

“Onlar bizi məhv edirlər” – ölümündən əvvəl yazdı – FOTO

redaktor

İran bu il rekord sayda insanı edam edib – BMT çağırış etdi

redaktor