DünyaMaraqlı

İkinci dəfə doğulan adam… Möcüzə kimi qəribə təsadüf.

ABŞ, New-Jersey ştat. Little Ferry şəhərciyi, 56 yaşı olan Tayeb Souami adicə mühasib işləyir. Uşaqlarının kollec təhsili üçün evini də kreditə qoyub. Və buna görə də həyat yoldaşı ilə birgə xərcləri qənaət-minimuma endirməyə çalışırlar.

Tayebin 15 mart (15.3) ad günüdü. Ailəvi sadə bir məclis qurublar evdə. Apelsin şirəsi (soku) çatışmır. Kişi yaxınlıqda supermarketə gedir, 5 dollara bir şüşə “sok” alıb qayıdır. Və xanımı da ona deyir, hər yerdə endirimdi axı 2.50-yə, niyə belə baha alırsan, apar qaytar, 2.50-yə olanı al.

Kişi gedir “soku” qaytarır, 5 dolları götürüb girir başqa marketə, 2.50-ə alır. Elə, orada da gözü üzərində “315 m.d” rəqəmi yazılmış Powerball lövhəsinə tuş gəlir. Rəqəmdən xoşu gəlir, onun 3.15 ad gününə uyğunluğuna görə. Fikirləşir ki arvada deməyim danlayar və qalan o, 2 doll. 50 sentə 2 ədəd lotereya bileti alır. Evdə də demir.

Ertəsi günü həyətində bir az iş görmək istəyir, lotereya da tam yaddan çıxıb. Amma maşının çirkli olduğunu görüb də əvvəlcə onu yumağa qərar verir. Maşınla “moykaya” doğru yol gedir.

Qırmızı işıqda dayananda sağda 7-Eleven adlı lotereya kioskunu görür və biletləri də yadına düşür. Maşını kənara verir ki, onları yoxlasın.

Tayeb birinci bileti skan edir və uduzur. ikinci bileti skan edəndə, birdən ekranda: “kassirlə əlaqə saxlayın!” mesajı görünür. Və yaxınlaşır görür, kassirin rəngi ağarıb, dil-dodağı tutulub. Sevinir və elə bilir nəsə 1000 $ uduş var. Görür ki, 315 milyon dollar udub (315. 000. 000 $)!.

Kişi o dərəcə həyəcanlanır ki, havalanan kimi olur şəhərdə flrlanır və evə iki saata güclə çatır.

İçəri girən kimi də yoldaşına deyir: “Canım, biz indi o, apelsin “soku” və ad günümün rəqəmi hesabına milyonçu oluq!”. Təsadüfi alış-veriş sadə mühasib ailəsinə 306 milyon gətirir və sanki, 15.3 martda Tayeb ikinci dəfə doğulur.

Qalib kişi artıq işindən çıxıb və qazandığı pulu da ev almaq, bütün kreditlərini və qızının təhsil haqqını ödəmək üçün istifadə etməyi planlayır.

P. S.
Müşahidəm və keçdiyim mürəkkəb, çoxsahəli, çoxmühitli və hadisələr dolu həyat təcrübəmə görə, hər bir insan həyatı boyu tam eyni sayda pis və yaxşı təsadüflə üzləşir, istəsə-istəməsə də. Uğurlu həyat isə nəticə etibarı ilə onda olur ki, pis təsadüflər xırda, yaxşı təsadüflər böyük hadisələr ilə baş verir. Yəni ki, yaxşılar pisləri keyfiyyətcə üstələyir. Ona görə, nəsə xırda bir pis təsadüf, ziyan baş verəndə onu dərd etmə əvəzində sevinin, demək, növbə iri xoş, xeyirli təsadüfündür. Bu, məntiqdir, həyat qanunudur.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İranın “Mohajer-6” PUA-sında Ukrayna komponenti AŞKARLANDI

redaktor

“Ağazadə”lərin eyş-işrəti: ayətullahlar şiələrin pulunu hara xərcləyir?

redaktor

Dəniz quldurları rusların gəmisini ələ keçirdi

redaktor