DünyaGündəmTarix

O, dünyanın ən iri çəhrayı və ən gözəl brilyantı hesab edilir.

“Dərya-i nur” (nur dəryası) dünyanın ən iri çəhrayı brilyantıdır və ümumiyyətlə, dünyadakı ən gözəl brilyantlardan biri hesab olunur.

Onun Hindistanın Qolkonda vilayətindəki mədəndən tapılması təxmin edilir. Zatən Şərqdəki bütün məşhur almazların mənbəyi Qolkondadır.

Daşın erkən tarixi barədə məlumat yoxdur. Amma ehtimal olunur ki, Böyük Moğolların məşhur Tovuz taxtında o da varmış.

Nadir 1739-ci ildə Hindistana yürüş edərkən ələ keçirdiyi sərvətlər içində “Dərya-i nur” da olub. Nadirin ölümündən sonra daşın sahibi Şahrux şah, Lütfəli xan Zənd olub. Sonuncudan Qacar xəzinəsinə düşüb. Qacarlar bu daşa xüsusi dəyər verirlərmiş və onu saxlamaq üçün xüsusi vəzifə təsis ediblər.

Olduqca nadir rast gəlinən çəhrayı rəngə malik daşın çəkisi 182 karatdır (36,4 qram). “Dərya-i nur” hazırda İran Mərkəzi bankının nəzdindəki Milli Xəzinədarlıqda saxlanılır.

 

Mənbə: “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Azərbaycanda rayonların “öz xərclərini ödəməsi” sadəcə kağız üzərində yaradılmış maliyyə illüziyasıdır.

redaktor

Navalnının həyat yoldaşından Putinə şok ittiham

redaktor

Putindən “Əsədi verin“ tələbinə REAKSİYA

redaktor