DünyaSiyasət

İranda misli-bərabəri görünməmiş inkişaf – “USS Abraham Lincoln” sayəsində

“USS Abraham Lincoln” təyyarə gəmisi Fars körfəzinə yaxınlaşdıqca İranın siyasi çöhrəsi də dəyişməyə başlayıb. Məlumata görə, İranın dini lideri Xamenei həzrətləri qorxusundan öz əyan-əşrəfinə mühüm tapşırıqlarını verdikdən sonra yeraltı dünyaya çəkilib – yəni bunkerə. İndi onu 53 yaşlı sonbeşiyi Məsud Xamenei əvəz edəcək. Məsud Xameninin vəzifəsi atasından alacağı direktiv və tapşırıqları İranı idarə edənlərə çatdırmaq olacaq.

Maraqlıdır ki, Xamenei özünün sosial şəbəkə paylaşımlarını da dayandırıb. 17 yanvardan indiyədək o, heç bir paylaşım etməyib.

Xameneinin bütün yetkilərini oğluna dövr etməsi əslində İran siyasi həyatı üçün yenilik deyil. Ölkənin idarəçilik fəlsəfəsinə görə, İran əslində 12-ci imam Mehdi əleyhüssəlam tərəfindən idarə olunur. Qaib imam özünün naiblərinə qeyb aləmindən müəyyən mesajlar göndərir, naibi-imam isə o direktivləri həyata keçirir. Buna İranda vəlayəti-vəqih sistemi deyilir. “Abraham Lincoln” təyyarədaşıyıcısının Fars körfəzinə yaxınlaşması ilə İranda vəlayəti-vəqih sisteminə sadəcə kiçik bir əlavə olunub: İran bundan sonra naibi-imam tərəfindən deyil, naibi-naibi-imam, yəni naibi-imamın naibi tərəfindən idarə olunacaq. Bu isə naibin kvadratı deməkdir.

Bəs deyirdiniz ki, sanksiyalara məruz qaldıqdan sonra İranda heç bir inkişaf baş vermir? Siyasi rejiminin kvadrata yüksəldilməsi inkişaf deyimi?

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Kanadada avtomobilləri oğurlayıb Azərbaycana göndərmək istəyən dəstə aşkarlanıb – Video

redaktor

Putin Priqojinin ailəsinə başsağlığı verdi

redaktor

Sinan Oğan: “Bu seçkilərin nəticəsi…”

redaktor