DünyaGündəmSiyasət

Türkiyənin İrana 40 dəqiqə öncədən xəbərdarlığı nə idi?

Son günlər İsrail TV kanallarında dolaşan bir iddiaya görə, Türkiyə İranda baş verən hadisələrdən təxminən 30-40 dəqiqə öncə Tehrana mümkün təhlükə barədə kəşfiyyat məlumatı ötürüb. Rəsmi təsdiq yoxdur. Amma məsələni İrana dəstək kimi oxumaq da sadəlövhlük olardı. Bu, Türkiyənin İranı xilas etməsi deyil İsrailə qarşı mövqe alması da deyil bu, Türkiyə dövlətinin öz milli təhlükəsizliyini qoruma refleksidir.

Ankara üçün dağılan İran xaos, etnik parçalanma, yeni kürd zolaqları, regionun sürətlə nəzarətsizliyə doğru getməsi deməkdir. İranın zəifləməsi Türkiyə üçün riskdir, amma dağılmış İran daha böyük riskdir. Düşünürəm iddialar doğrudur və bu da bir şeyi göstərir ki, Türkiyə artıq hadisələrə sonradan reaksiya verən ölkə olmaqdan çıxıb, vaxtında xəbərdarlıq edən balans quran oyunçu mövqeyinə gəlib. Türkiyə nə ABŞ-nin, nə İsrailin, nə də İranın tərəfindədir.

Türkiyə öz sabitliyinin tərəfindədir. Bu da Ərdoğanın son illərdə qurduğu regionda tərəf yox, “tarazlıq mərkəzi olma” siyasi xəttinin açıq göstəricisidir. Bəs İsrail mediası niyə bu xəbərləri sızdırır?! Yəqin ki, Türkiyəyə mesaj vermək, Ankara üzərində psixoloji təzyiq yaratmaq üçün edir. Yəni bu həm iformasiya, həm də Türkiyəyə mesaj ola bilər.

Yekunlaşdırsam Ərdoğan üçün əsas prinsip sadədir. Region yanarsa, Türkiyə də yanar. Ona görə Ankara İranın dağılmasını istəmir, lakin İranın nəzarətsiz güclənməsini də istəmir. Bu incə balansı yalnız və yalnız oyun quran liderlər saxlaya bilir.

 

Amil Babayev

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Rusiyanın əsas neft zavodunu 3-cü dəfə vurdu

redaktor

Bizi iki çox vacib seçki gözləyir: Polşa və Rumıniya. – Kamran Cəfərov

admin

Qərb Gürcüstanda beşinci inqilab hazırlayır – Baş nazir İrakli Kobaxidze

redaktor