27 C
Bakı
20 Avqust 2026 21:03
CəmiyyətDünyaHadisəSağlamlıq

YENİ EPİDEMİYA YAYILMAĞA BAŞLAYIB – Peyvəndi və müalicəsi yoxdur

Hindistanın Kəlkətə şəhəri yaxınlığında peyvəndi və ya müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb.

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Benqal əyalətində virusa yoluxmanın beş halı aşkar edilib. Bunlardan üçü bu həftə qeydə alınıb. Yoluxanlar arasında həkim, tibb bacısı və səhiyyə işçisi də var.

Yeni ildən dərhal sonra Kəlkətə yaxınlığındakı özəl xəstəxanada işləyən daha iki tibb bacısında virus aşkarlanıb. Hər ikisində yüksək qızdırma və nəfəs almaqda çətinlik yaranıb. Yoluxmuş qadınlardan biri komaya düşüb.

Hesab edilir ki, o, testlər aparılmazdan əvvəl vəfat edən bir xəstəni müalicə edərkən virusa yoluxub.

Nipah virusu yarasalar tərəfindən yayılan bir patogendir. Virus heyvanlardan insanlara ötürülə bilər və ağır formalarda ensefalit və tənəffüs yoluxucu xəstəliklərə səbəb ola bilər, bəzi hallarda ölüm nisbəti 80%-ə çatır.

Nipah virusu hər il Cənubi və Cənub-Şərqi Asiyanın müxtəlif bölgələrində baş verir və bu da xeyli ölümlə nəticələnir. 1998-ci ildə aşkarlandığı vaxtdan bəri təxminən 1000 insan yoluxub.(Modern.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ hərəkatının məntiqi yoxdur”: Paşinyan Ermənistan hökumətinin yeni proqramını təqdim etdi

redaktor

Azərbaycan CNN-i məhkəməyə verdi: Bakının sərt cavabı

redaktor

Qurucu nəsildən texniki nəsilə: İdeoloji istiqamətlər – Təhsil mühacirətinin 3 strateji və tarixi mərhələsi

redaktor