1 C
Bakı
05 Fevral 2026 23:04
DünyaGündəmHadisə

Yanan körpülər: İranda rejimlə xalq arasındakı son qırılma.

İranda baş verənlər artıq adi etiraz mərhələsini çoxdan keçib. Məsələ təkcə küçələrdəki toqquşmalar deyil, rejimlə xalq arasındakı son körpülərin də yanmasıdır.

Bu gün molla rejimi rəsmi şəkildə 5 min nəfərin öldüyünü etiraf edir. Bu rəqəm açıq-aşkar siyasi manipulyasiyadır. Çünki eyni vaxtda beynəlxalq media və insan haqları mənbələri tamam başqa mənzərə ortaya qoyur. Time jurnalı İran Səhiyyə Nazirliyindəki iki yüksək vəzifəli mənbəyə istinadən yanvarın 8–9-da on minlərlə insanın öldürüldüyünü yazır. BMT nümayəndələri isə ölənlərin sayının 20 mini keçə biləcəyini bildirir. Rəqəmlər fərqlidir, amma bir həqiqət dəyişmir: real itkilər rejimin etiraf etdiyindən dəfələrlə çoxdur.

Xəstəxanaların dolması, yaralıların dəhlizlərdə yerləşdirilməsi, təcili yardım maşınlarının çatmaması, hətta cəsədlərin yük maşınları ilə daşınması barədə məlumatlar artıq istisna deyil. Bunlar sistemli zorakılığın göstəricisidir. Etirazlardan sonra saxlanılanlara qarşı zorakılıq və seksual istismar iddiaları isə vəziyyətin hansı həddə çatdığını göstərir.

Əsas sual budur: ABŞ və Qərb İrandakı etirazçılara nə vaxt real dəstək verəcək? Bu sualın hələ cavabı yoxdur. Ancaq artıq dəqiq bilinən bir şey var: İranda xalqla rejim arasında heç bir etimad, heç bir dialoq, heç bir bərpa oluna bilən körpü qalmayıb. Bu körpülər yanıb və bir daha əvvəlki kimi olmayacaq.

Rejim hələ ayaqda qala bilər. Amma legitimlik artıq tarixə qarışıb.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstanın Baş naziri İSTEFA VERDİ

admin

Türkiyə hərbçiləri Ukraynaya sülhməramlı kimi göndərilə bilər

redaktor

Prezident su problemindən danışdı: “Görülməli işin həcmi böyükdür”

redaktor