Fatimə Ərdəşir Laricani Emory Universitetindən qovulduqdan sonra, iranlı istifadəçilər ölkənin keçmiş prezidenti Məhəmməd Xatəminin qızı Leyla Xatəminin Nyu-Yorkdakı Union Kollecindən qovulması üçün kampaniya başlatdılar.
Leyla Xatəmi 2004-cü ildən bəri İranı tərk edib və Fransa, İtaliya və ABŞ universitetlərində təhsil alaraq dərs deyir. O, Union Kollecində Riyaziyyat kafedrasının professorudur.
Son həftələrdə İranda minlərlə insanın ölümü və genişmiqyaslı etirazlar fonunda, keçmiş prezident Məhəmməd Xatəmi etirazları “böyük planlaşdırılmış sui-qəsd” kimi dəyərləndirib və İsrail ilə ABŞ-nin dəstəyini işarə edib. Bu açıqlama iranlı istifadəçilərin Xatəminin qızına qarşı kampaniyasını gücləndirib. (Independent Persian).
Azad İran.
