DünyaSiyasət

Qərb–İran savaşı. Azərbaycan niyə bu müharibədə olmamalıdır?

Qərb–İran qarşıdurması artıq ritorika deyil. Bu, nə diplomatik gərginlikdir, nə də müvəqqəti eskalasiyadır. Regionu dalğa-dalğa vuracaq təhlükəli proses gedir.

Qərb İrandan demokratiya istəmir. Qərb İrandan sülh də istəmir.

Qərbin istədiyi odur ki, İran nüvə həddində saxlanılan, güclü olmayan, amma dağılmayan dövlət olsun. Bu isə Tehranın gözündə rejimin sonu deməkdir. Ona görə də qarşıdurma dərinləşir və bu münaqişə İranla bitməyəcək.

Ən böyük risk İsrail və ya Körfəz deyil. Risk Cənubi Qafqazdır. Türkiyə, Azərbaycan və Ermənistan bu prosesin təsirindən kənarda qala bilməz, xüsusən kütləvi qaçqın axını, sərhəd təzyiqləri və təhlükəsizlik riskləri baxımından vəziyyət nəzarətdən çıxa bilər.

Bu kontekstdə əsas sual budur: Azərbaycan niyə bu müharibədə olmamalıdır?

Çünki bu, Azərbaycanın müharibəsi deyil. Çünki ərazidən hərbi məqsədlə istifadəyə icazə vermək legitim hədəfə çevrilmək deməkdir. Çünki ən böyük təhlükə raket yox, xaosdur.

Yazının tam mətni şərh (comment) bölümündədir. Məqaləni istənilən sayt müəllifə istinad etməklə dərc edə bilər.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Özbəkistanda hərbi anbarda partlayış: 3 700-dən çox bina dağıldı

redaktor

Ukraynaya tankların tədarükü Almaniyada qalmaqala səbəb oldu

redaktor

“Bitcoin” son 5 ayın zirvəsində

admin