Məhəmməd Füzuli türk dilinin strukturuna ərəb-fars lüğət tərkibini yeritməklə dilin daxili saflığını korlayıb. O, bu yad elementlərlə dili öz təbii axarından qoparıb. Bu gün biz hələ də bunun əzabını çəkirik.
Füzulişünaslıq mifi qondarma ehtiyacdan doğub. Bu sahənin adamları əslində ədəbiyyatşünas yox, sıravi ərəb-fars dili tərcüməçiləridir. Əgər bir mətn xalqa yalnız tərcümə ilə çatırsa, deməli, o mətn artıq ölüdür.
O, türk dilini zənginləşdirməyib, onu öz ağır ölçüləri içində əsir edərək işğal edib. Bu gün Füzulini anlamaq üçün ərəb və fars dili mütəxəssisi axtarmağımız həmin işğalın ən bariz sübutudur.
