DünyaSiyasət

Azərbaycana “bronejilet” , Ermənistana isə “çip”.

Tramp öz sosial şəbəkəsində yazıb ki, Ermənistanla nüvə sahəsində əməkdaşlığımız olacaq, birgə cip istehsal edəcəyik. Azərbaycana isə bədən zirehi və qayıqlar satacağıq. Ermənistanla əməkdaşlıq bu ölkəni nüvə və çip istehsali kimi stateji sahələrdə irəli aparacaq, inkişaf etdirəcək.

Azərbaycana isə bazar kimi baxırb dünyada çox istehsalçısı olan və başqa satıcıları olan zirehli gödəkcə və qayıqlar satılacaq. Yəni birinə dünyanın texnologiya nəhəngi, bazar payı 4 trilyon dollar olan NVİDİA şirkətinin sərmayə yatırması, birgə yüksək texnologiya istehsalı, o birinə də adi, sıradan hərbi təyinatlı mal satmaq.

Əlbəttə, Amerika kimi bir dövlətlə əməkdaşlıqdan necə yararlana bilmək hər ölkənin özündən asılıdır, bizim necə yararlandığımız isə Ermənistanla müqayisədə aydın görünür. Sonda isə Ermənistanın əlində müsasir texnoloji inkişafın əsas elementi sayılan çip, Azərbaycanın əlində isə “bronejilet” qalacaq.

Bu məsələ həm də iki ölkənin hakimiyyətləri arasında olan təfəkkür fərqini göstərir. Bu təfəkkür fərqinə görə 10-15 ildən sonra Ermənistanla bizim aramızda fərqin necə olacağını təsəvvür etmək çətin deyil.

 

Fuad Qəhrəmanlı

Tacxeber.com

Oxşar xəbərlər

“Tramp Danimarka baş nazirindən Qrenlandiyanı tələb edib – “Financial Times”

redaktor

Kılıçdaroğlu Azərbaycanla bağlı yaydığı rüsvayçı xəritədən danışdı – İLK DƏFƏ / VİDEO

redaktor

Sabiq FTB direktorunun bu paylaşımı ABŞ-ı qarışdırdı: Trampa sui-qəsd çağırışı? – FOTO

redaktor