DünyaGündəmSiyasət

Trampın Çin strategiyası: keçid nöqtələri üzərindən qlobal nəzarət

Gələn ay JD Vensin Cənubi Qafqaza səfəri gözlənilir. Regiona ABŞ-ın bu səviyyədə diqqət göstərməsi fərqli formalarda analiz edilir. Lakin burdakı əsas məsələ həm də Tramp administrasiyasının tətbiq etdiyi yeni geosiyasi strategiya ilə bağlıdır.

Bunu dünən ən yaxşı fransız siyasətçi Jan-Luk Melanşon izah eləyib. O, qəribə şəkildə Trampın heç də çoxluğun düşündüyü kimi, “dəli kimi davranmadığını”, əksinə konkret strategiya ilə hərəkət etdiyini deyir.

Melanşona görə, Trampın əsas məqsədi Çindir. O, ilk növbədə Çinin ticarət üçün istifadə etdiyi əsas kanalları hədəf alır. Çin hazırda əsasən dənizdən və qurudan (Bir kəmər, Bir yol) ticari daşınmaları həyata keçirir. Dənizdə əsas strateji nöqtələr Ədən körfəzi, Panama kanalı, Hörmüz boğazı və Arktika, quruda isə İran və bizim TRİPP dəhlizi olacaq.

Trampın Panama kanalı ilə bağlı atdığı addımlar, həmçinin ABŞ qüvvələrini Husilərlə mübarizə üçün Ədən körfəzində möhkəmlənməsi məhz bu ticarət yollarına nəzarət etmək üçündür. Buna artıq nail olunub.

Məlumdur ki, Çin Avropa ilə Artika üzərindən ticarəti də son illərdə inkişaf etdirib. Bu baxımdan Trampın Qrenlandiya ilə bağlı “istəkləri” də bu yolu nəzarətə almaq üçündür. Buna da nail olacaq kimi görünür.

İranla bağlı baş verən hadisələr isə xüsusilə Hörmüz boğazında ABŞ-ın hərbi gücünü möhkəmləndirməsinə səbəb olub. Nəticədə ABŞ Hörmüz boğazı üzərində Çinin əsas enerji marşrutu üzərində nəzarət əldə edir. Digər enerji marşrutu Venesuela sıradan çıxarılıb. Artıq İran kölgə tankerlərinə sanksiya tətbiq olunur və çox güman ki, yaxın zamanda onlar da Venesuela tankerlərinin başına gələnləri yaşayacaq.

Tramp artıq dəniz keçid nöqtələrinə faktiki nəzarət edir. Quruda əsas nəzarət edilməli nöqtə isə TRİPP dəhlizidir. ABŞ-ın regiona bu qədər diqqəti, Trampın hər iki prezidenti yanında gəzdirməsi çox güman ki, məhz buna görədir.

Tramp Çin üçün ticarəti mümkün olduğu qədər bahalı hala gətirməyə çalışır. Bunun üçün də strateji keçid nöqtələri üzərində tam nəzarət qurmağa çalışır. Bunun üçün də hər şeyi edəcək. Bu həm də klassik “Rimland” geosiyasi yanaşmasının Çinə uyğunlaşdırılmış formasıdır.

 

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Şimali Makedoniya Prezidenti: “Avropada ən çox arzuolunan şəxs İlham Əliyevdir”

redaktor

Yuri Kim: Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması ABŞ-nin təhlülkəsizlik maraqlarına uyğundur

redaktor

Xankəndidən çıxan ermənilərin növbəti təxribatı: meyitləri morqda saxlayıb çıxıblar

redaktor