Cəmiyyət

“MƏN NƏ EDİM, DEYİM ADINA EV OLMASIN?” – Vidadi Zeynalov milyonluq əmlaklardan danışdı

Xəbər verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb. Hərracda satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür.

Tacxeber.com xəbər verir ki, Manset.az məsələ ilə bağlı Vidadi Zeynalovun özü ilə əlaqə saxlayıb. O, açıqlamasında əmlakların böyük hissəsinin ona aid olmadığını bildirib:

“2015-ci ildə məni saxlayanda nə qədər nəslim, qohum-əqrəbam var idisə, hamısının əmlakını araşdırmadan mənim adıma bağladılar. Bacımın yaşadığı evi, ərə getmiş qohumumun evini müsadirə etdilər. Bunun mənə nə aidiyyəti var? Sonradan araşdırma aparıldı və Ali Məhkəmədə, eləcə də Ağır Cinayətlər Məhkəməsində həmin əmlakların hamısı geri qaytarıldı”.

Vidadi Zeynalov qeyd edib ki, hətta valideynlərinə məxsus, uzun illər əvvəl əldə edilmiş evlər də siyahıya salınıb:

“1926-cı ildə atam anadan olub, anam isə 1952-ci ildə ona ərə gəlib. Kənddə yerləşən həmin evi də müsadirə kimi yazmışdılar. Bunun da mənə heç bir aidiyyəti yoxdur. Sonradan onların da hamısını siyahıdan çıxardılar”.

Sabiq aparat rəhbəri hazırda övladlarının yaşadığı evlərin də ona aid kimi təqdim edildiyini bildirib:

“İndi bir qızımın, bir oğlumun yaşadığı evi yazırlar. Onlar da durur, yaşayırlar. Orada yazırlar ki, filankəs qaynıdır, filankəs bacanağıdır. Qaynı bir şəhərdə yaşaya bilməz? Evi ola bilməz? Mən nə edim, deyim adına ev olmasın? Mən hazırda heç Bakıda yaşamıram. Yevlaxda kənd yerində yaşayıram”.

 

Tacxeber.com

Oxşar xəbərlər

AZAL sosial şəbəkəni ÇALXALAYAN XƏBƏRƏ aydınlıq gətirdi – VİDEO

redaktor

Bakıda turistin itirdiyi 20 min dollar görün harda tapıldı – VİDEO

redaktor

Əgər internetdən nəsə alıb satırsınızsa, bu yazını mütləq oxuyun!

redaktor