Rusiyanın işğalçı ordusu tərkibində pul naminə Ukrayna dövlətinə qarşı döyüşən bir nəfərin regionların birində şəhid kimi dəfn edilməsi kadrlarına baxdım. Ailənin bunu etməsini həm dini, həm mənəvi, həm də dövlət qanunlarına görə düzgün hesab etmirəm. Pula görə başqa bir dövlətin ərazisində, başqa bir dövlətin ordusunda qətllər edən şəhid yox, muzdlu əsgərdir.
Əlbətdə, ölkədə iqtisadi və sosial vəziyyət o qədər aşağı səviyyədədir ki, insanlar pul qazanmaq üçün bu yola əl atırlar. Lakin nə qədər çətinlik çəkirsən çək, pul qarşılığında təcüvüz və işğalda iştirak edib, digər insanların canını alırsansa sən şəhid adına heç bir zaman layiq ola bilmərsən..Buna beynəlxalq dildə Dogs of War deyirlər. Bu insanlar üçün müharibə, orda öldürdükləri insanlar, qəhrəmanlıq məkanı deyil, başqa dövlətin alətinə çevrilmək məkanıdır
Polad Həşimov, Mübariz İbrahimov, Muxtar Qasımov, Xudayar, Raquf Orucov, Dövlətzadə Cəbrayıl, Allahverdi Bağırov, Gizir xanı, Əliyar Əliyev və adını yaza biləcəyim minlərlə qəhrəman da şəhid sayılsın, öz canını pula satıb yad torpaqlarda qətllər törədən də??!!!
Şəhidin qanı öz vətən torpağına qarşanda bu adı qazanır, yad torpaqlarda deyil !!!
Əlbətdə, istisna da var.
Əgər bir şəxs başqa dövlətdə yaşasa da, öz xalqının maraqlarını qoruyarkən canını verirsə, cəmiyyətin mənəvi yaddaşında “şəhid” kimi qala bilər, məsələn, xaricdə terror qurbanı olan diplomatları, kəşfiyyatçıları göstərə bilərik..
Şəhidlik anlayışının mənşəyi hələ də elmi mübahisə mövzusu olaraq qalır. Çox qədim dövrlərə getmədən səmavi dinlərdə, islamda şəhidlər, musavilik və isavilikdə əzabkeşlərin əksəriyyəti davamçıları tərəfindən hörmətlə qarşılanır.
İslam fəlsəfəsinə və hüququna (fiqh) görə Vətəni uğrunda zalım, təcavüzkar və işğalçılara qarşı savaşda ölənlər əsas şəhidlərdən biridir
Bir dövlət öz vətəndaşı olan və onun ərazi bütövlüyü uğrunda həlak olan şəxslərə “Şəhid” statusu verir.
Başqa bir dövlətin ordusunda muzdlu əsgər kimi vuruşub ölənlər, adətən, nə dini, nə də milli mənada şəhid hesab olunmurlar.
Əzizlərim, “Şəhid” demək, “ölən əsgər” demək deyil!
Bu mənəvi bir ləyaqət göstəricisidir!!
Sən necə 1805-ci ildən Azərbaycan xalqının qanına susamış bir dövləti qorumaq üçün onun ordusunda pul yaxud nəyəsə görə xidmət edəsən və sənin xalqına yaşatdıqlarını, eynisini günahsız xalqa qarşı yaşadasan? Pul məgər Ləyaqətdən bu qədər üstündür ?
İnciməyin məndən, lap Ukrayna ordusunda xidmət etmək, yaxud digər bir yerdə olsun, bu hamıya aiddir! Əgər sənə bu status lazımdırsa o dövlətlərdən tələb elə. Yoxsa gəlib bizim qanı torpağa qarışan qəhrəmanlarımızın adına şərik olma!!!
Pul üçün vuruşan, kimin tərəfində olmasından asılı olmayaraq (haqlı və ya haqsız) yalnız maddi maraq güdən şəxs heç bir anlamda şəhidlik statusuna iddia edə bilməz.