Cəmiyyətİdman

“Qarabağ” pley-offa çıxacaq” – Mehmet Ak

“Qarabağ”ın və “Neftçi”nin sabiq məşqçisi Mehmet Ak Ağdam təmsilçisinin ötən gecə Çemponlar Liqasının Liqa mərhələsində “Ayntraxt”a qalib gəlməsi (3:2) haqda danışıb.

Tacxeber.com türkiyəli mütəxəssis QOL.az saytına açıqlamasında Qurban Qurbanovun komandasının çox yaxşı oyun göstərdiyini deyib:

“Əslində dünənki oyunda “Qarabağ” vəziyyəti daha tez lehinə dəyişə bilərdi. Baş hakim penalti epizodunda “Qarabağ”ın haqqını yedi. “Qarabağ”ın qapısına təyin etidiyi penaltiyə də doğru demək olmaz. Əgər “Ayntraxt”ın lehinə penalti təyin edirsə, “Qarabağ” üçün də etməli idi. “Qarabağ” yaxşı oyun nümayiş etdirdi və 90+4-cü dəqiqədə qələbə qolunu vurdu. Bu qələbə “Qarabağ”ın ilk 24-lüyə düşməsi baxımından çox vacib idi”.

O, “kəhər atlar”ın pley-offa vəsiqə qazanacağına inandığını deyib: “Qarabağ” növbəti həftə səfərdə “Liverpul”la qarşılaşacaq. Məlumdur ki, çox çətin matç olacaq. “Liverpul” oyunun favoritidir. Amma “Qarabağ”ın “Liverpul”a uduzacağı halda belə, pley-offa çıxacağını düşünürəm. Bu, qürurvericidir”.

M.Ak bu qələbədə hər kəsin böyük pay sahibi olduğunu deyib: “Bu uğurda klub rəhbərliyinin, baş məşqçinin, əməkdaşlarrın, futbolçuların – hər kəsin payı var. Təbii ki, ən böyük pay futbolçularındır. Azarkeşlərin dəstəyinin də böyük rolu oldu. Əlbəttə ki, bu uğurlar önəmlidir və davam etməlidir. İnşallah, qarşıda da uğurların davamı gələr”.

Qeyd edək ki, hazırda Qurban Qurbanovun komandası turnir cədvəlində 10 xalla 18-cidir. Reqlamentə əsasən, 1-8-ci yerləri tutan klublar birbaşa 1/8 finala, 9-24-cü yerləri sahibləri isə pley-offa vəsiqə qazanacaqlar.

Son – 8-ci turun “Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-da “Enfild” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Təyyarəyə onsuz minməyin!

redaktor

Biləcərdə “bariqalar”, narkomanlar “at oynatdırlar” VİDEO

admin

“Atam bu gün yaşasaydı ürəyi partlayıb ölərdi, üzlərinə söyürdü onları”

admin