Cəmiyyət

“Küçələrdə yaşayan 11 yaşlı uşaq və anası bu qışı çıxara bilməyəcək” – FOTO

Tovuz şəhərində yaşayan bir oxucumuzdan redaksiyamıza daxil olan müraciət ürək ağrıdıcıdır. Oxucumuz yazır ki, şəhərin küçələrində uzun illərdir ki, bir ana və oğlu evsiz-eşiksiz, ac-susuz yaşamaqdadır. Aybəniz adlı qadın və 11 yaşlı oğlu Ömər evsizdir, heç yerdən köməkləri yoxdur. Hər gün küçələrdə, binaların bloklarında, vağzalda filanda yatırlar, çox vaxt ac qalırlar. Hərdən kimsə 1-2 manat yardım edir və ya nəsə yeməyə bir şey alırlar.

Uşaq çox ağıllıdır və istedadlıdır, amma məktəbə də gedə bilmir. Anasının psixi problemi var. Əgər bir sığınacaq verilməsə çox güman ki bu qışı çıxara bilməyəcəklər, soyuqdan və aclıqdan öləcəklər.

Fotoda gördüyünüz kimi, gecəni şəhərin mərkəzi meydanında skamyada yatmaqla keçiriblər. Xahiş edirik ki, bu məsələni işıqlandırasınız ki, müvafiq orqanlar bir tədbir görünlər, xeyirxah insanlar kömək etsinlər. Uşağın da məktəbə getməsini təmin etsinlər.

Ümid edirik ki, bu məsələ ilə Tovuz rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyatı dövlət orqanları maraqlanacaq, onlara sığınacaq və qidalanma ilə bağlı lazımi kömək edəcəklər.

 

Elçin Bayramlı
Səs qəzeti

Tacxeber.com

Oxşar xəbərlər

Yeni radarlar işə düşdü — Əlinizdəki telefonu da çəkəcək

redaktor

Bunun başqa adı yoxdur, ölmək bizim hobbimizə çevrilib.

redaktor

Ay nazir, deputatın müraciətinə niyə cavab vermirsən?-Səyyad Aran

redaktor