Sərt şaxtalı havalarda işğalçı rusların enerji infrastrukturunu məhv etməsi nəticəsində ölkənin xeyli hissəsində su və işıq yoxdur.
Çerniqovda əhalinin 80%-dən çoxu işıqsız qalıb.
Krivoy Roqda insanlar bir sutkadır işıqsız qaldıqlarına görə küçəyə çıxaraq vəziyyətə etiraz edirlər.
Təkcə Kiyevdə milyondan çox insan işıqsızdır. Bir çox restoranlar işıq olmadığına görə işləmir.
Ölkənin parlamenti – Ali Rada işıq və su çatışmazlığı yaşayır (foto Radanın dəhlizindəndir)
Putinin məqsədi ölkədə humanitar fəlakət yaratmaq və Kiyevi təslim olmağa məcbur etməkdir.
Amma Ukrayna xalqı buna getməyəcək və bu sınaqdan da üzüağ çıxacaq.
Dualarımız Ukrayna üçün.
