DünyaSiyasət

“Satmaq istərkən, satıldılar” – Heydər Oğuz

ABŞ uzun illər boyu Suriya Demokratik Qüvvələrinə (SDF/YPG) milyardlarla dollarlıq hərbi dəstək vermişdilər. Təşkilata verilən hərbi texnikalar arasında ağır silahlar, zirehli personal daşıyıcıları, tanklar, toplar, dronlar, hətta helikopterlər də vardı. Kürd separatçıları bu yardımlar sayəsində ən müasir silahlarla təchiz olunmuş 100 minlik ordu qurmaları ilə qürurlanır və nəinki Suriya rejiminə, hətta bir çox dövlətlərə qarşı vuruşa biləcəklərini bildirirdilər.

Bir neçə gün əvvəl SDQ-ya qarşı əməliyyata başlayan Suriya Milli Ordusu isə cəmi 44 saata bu ordunu məhv etdi. Amma ortada nə tank vardı, nə də top. Düz-əməlli silahlarının da olmadığı da ortaya çıxdı.

Bəs, bu milyardlarla dollarlıq hərbi texnikalar necə yoxa çıxdılar?

Beyninizi çox yormayın, belə anlaşılır ki, SDQ-ya o silahlar əslində verilməmişdi. Böyük ehtimalla, ABŞ-ın demokrat rəhbərliyi milyardlarla dolları PKK-ya yardım adıyla mənimsəyib, cibişdanlarına doldurmuşlar.

Təbii ki, bu maxinasiyada PKK-nın Suriya qanadı və ona rəhbərlik edən Məzlum Abdinin də böyük günahları var. Görünür, indi də bu günahın məsuliyyətindən yayınmaq üçün kürdlərin milli hisslərini istismar edib onları ərəb-kürd savaşına sürükləmək istəyirlər. Bundan ən çox əziyyəti çəkən isə yenə kürd xalqı olacaq. 300 milyonluq zəngin ərəb dünyasına qarşı bir ovuc insanlar savaşmaq mümkün deyil. Üstəlik, artıq arxalarında Sem dayı da, Binyamin əmi də yoxdur.

Uzun illər boyu PKK-nın şirin vədlərinə aldanıb canını fəda edən kürd xalqı anlamalıdır ki, ABŞ-ın, İsrailin ipiylə quyuya düşmək olmaz. Onlar dünya imperializminin paravozlarıdır və imperialist qüvvələrin yardımı ilə anti-imperialist mübarizə aparmaq mümkün deyil. ABŞ indiyədək onlarla “müttəfiqini” öz imperialist maraqlarına uyğun şəkildə yarı yolda buraxıb, beş-on qəpiyə satıblar. Bu dəfə satılan isə PKK-çılar oldular.

Bilmirəm, bu bazarlığa üzüləm, yoxsa yox. Çünki satılan əslində kürdlər yox, öz yaşadığı məmləkətləri beş-on qəpiyə imperialistlərə satmaq istəyən PKK idi. Amma nəticədə özləri beş-on qəpiklik satılıq əşyaya çevrildilər. Təbii ki, onların yalan vədlərinə aldanan kürd gəncləri də bu xəyanətin qurbanı oldular. Mənim də üzüldüyüm yeganə şey öz cavan canlarını boş ideallarına fəda edən o gənclərdir.

Şeirlərimin birində dediyim kimi,

“Kasıbın Haqq savaşı yağdır firon dürməyinə,

Oğuz, onlar çıxarar çünki savaşdan çörəyi”.

 

Heydər Oğuz

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yağış yağacaq, külək əsəcək – Bu günün HAVASI

redaktor

Ramzan Kadırov ictimaiyyət qarşısına əsa ilə çıxdı

redaktor

İran “Tramp marşrutu”na görə Azərbaycandan gizlicə qisas alır

redaktor