CəmiyyətDünya

Rəqəmlərin arxasında gizlədilən reallıq

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər hökumətin sevdiyi vitrin göstəricilərindən biridir: 9 ayda 91,7 min iş yeri açılıb. Ancaq eyni statistikada səssizcə gizlədilən başqa bir həqiqət var – eyni dövrdə 88,8 min iş yeri də bağlanıb. Yəni ölkədə faktiki olaraq iş yerləri yaradılmır – sadəcə olaraq biri açılır, biri bağlanır.

Bir il ərzində on minlərlə iş yerinin bağlanması təsadüf deyil. Bu, sahibkarlıq mühitinin boğulduğunun, kiçik və orta biznesin yaşamaq gücünü itirdiyinin açıq etirafıdır. Vergi, yoxlama, cərimə, kredit faizləri – hamısı birlikdə biznesi yaşamağa yox, bağlanmağa məcbur edir. Sonra da eyni dövlət həmin bağlanmaların yerinə açılan bir neçə qısaömürlü iş yerini “uğur” kimi təqdim edir.

Açılan iş yerlərinin böyük əksəriyyəti ya mövsümidir, ya da aşağı maaşlı və qeyri-sabit. Bu işlər insana maddi sabitlik, gələcəyə inam və əminlik vermir, sadəcə olaraq bir günlük quru çörəyin probləmini həll edir. Bu işlər insana uşağın təhsilini təmin etmək, keyfiyyətli tibbi xidmət almaq, qidalanmaq, həyatı insan kimi yaşamaq üçün deyil, sadəcə sağ qalıb büdcəni doldurmaq üçün gəcə gündüz işləmək üçün nəzərdə tutulub.

Ən acınacaqlısı odur ki, bu proses cəmiyyətə “normal” kimi sırınır. Guya 91,7 min iş yeri açılıbsa, deməli problem yoxdur. Bəs niyə insanlar iş tapa bilmir? Niyə gənclər ölkədən getmək istəyir? Niyə işləyənlər belə dolana bilmir? Bu sualların cavabı hesabatdaki xırda şriftlərində gizlənir –eyni dövrdə 88,8 min iş yeri bağlanıb.

Hakimiyyət gözəl danışır, inanır ki, ölkədə ancaq AzTV kimi cib media qurumları qalsa, vətəndaşlar da bu gözəl sözlərə, rəqəmlərə inanacaq, amma iqtisadi artım rəqəmlərlə yox, sadə vətəndaşların gündəlik qayğılarının ağırlığı ilə ölçülür. (Azerleaks)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Dudanı 1.5 saat qapıda gözlətdi: 10 dəqiqəlik görüş üçün – VİDEO

redaktor

Teleqramda saxta iş təklifi: Cinayətə ortaq ola bilərsiniz – DİQQƏT!

redaktor

Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb

redaktor