ABŞ-ın Prezidentinin həyatı təhlükədə olarsa, açıq təlimatları var.
Tramp bunu 20 yanvarda YouTube-da dərc olunmuş NewsNation-a verdiyi müsahibədə bildirib.
Tacxeber.com xəbər verir ki, müxbirin Trampın İran liderlərinin onu təhdid etməsinə necə cavab verəcəyi barədə sualına ABŞ prezidenti belə deyib: “Onlar bunu etməməlidirlər. Mən onlara xəbərdarlıq etmişdim ki, əgər bir şey baş verərsə, bütün ölkə göyə uçacaq. Mənim çox aydın təlimatlarım var: əgər bir şey baş verərsə, onlar yer üzündən silinəcəklər.”
Tramp həmçinin sələfi Co Baydeni İran təhdidlərinə daha qətiyyətli reaksiya vermədiyinə görə tənqid edib. Tramp deyib: “Əgər mən Ağ Evdə olsaydım və onlar kimisə, hətta prezidenti yox, sadəcə hər adamı təhdid etsəydilər, mütləq onlara çox güclü zərbə vurardım.
“The Telegraph” qəzetinin məlumatına görə, 11 yanvarda İran Parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf ABŞ-ın ölkəyə hücum edəcəyi təqdirdə Trampı “unudulmaz dərs” ilə hədələyib. O, həmçinin qeyd edib ki, ABŞ İrana hücum edərsə, İsrail və ABŞ hərbi və gəmiçilik obyektləri “qanuni hədəflər” olacaq.
