DünyaSiyasət

Çinin 16 hərbi yük təyyarəsi İrana endi: Nə daşınır?

Misli görünməmiş və böyük bir logistik əməliyyat nəticəsində 56 saat ərzində Çinin 16 hərbi yük təyyarəsi İrana enib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

“Pekin və Tehran arasında strateji əməkdaşlığın əhəmiyyətli dərəcədə artdığını göstərən bu əməliyyat bu qədər qısa müddətdə indiyə qədər qeydə alınan ən böyük transferdir”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Çin “Y-20 Kunpeng” kimi ağır strateji nəqliyyat təyyarələrindən istifadə etməklə sürətli şəkildə vacib hərbi texnika və ya personal yerləşdirmə əməliyyatı aparır. (Axar.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Siyavuş Novruzov dərman satan şirkətləri tənqid etdi

redaktor

TƏCİLİ: Təyyarə niyə qəzaya uğrayıb? – İlkin məlumatlar təəccüb doğurdu

redaktor

Orban: “Ukraynada sülh üçün Putin və Trampın şəxsi görüşü vacibdir”

redaktor