Nəsimi Nəbizadə üçün hamımız Nail Kəmərliyə ağız açdıq.Xahiş etdik kömək etsin.Var olsun ki, o da sözümüzü yerə salmadı çəkib verdi efirə və Nəsimini apardılar Qurtuluş Reabilitasiya Mərkəzinə.Könüllü orda idi.Qələt edir deyir ki,məcburi orda saxlayıblar.Necə məcburi saxlayıblar ki,ictimaiyyət nümayəndələrindən tutmuş DİN əməkdaşlarına qədər orda görüşlər keçirilib?Nəsimi özü görüşlərin birində atəşin çıxışlar edirdi.Lazım olsa videosunu da qoyaram baxarsız.
İndi bu naşükürün millətə kələk gəlib ordan qaçmasına görə reabilitasiya mərkəzinin rəhbərliyinə qarşı toplanmış ilkin dəlillər əsasında Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.Yaxşılıq etmək istəyənlərin bəhrəsi bu oldu.Belə ….. görə insan yaxşılıa etmək istəmir.Hələ bu azmış kimi bu haqda ona verilən suallara belə açıqlama verib.
“Bu barədə xəbərim var. Eşitmişəm ki, Sumqayıt Şəhər Prokurorluğu mərkəzdə araşdırma aparıb. Həmin vaxt mən orda olmamışam. Eşitmişəm ki, faktla üzrə cinayət işi başlanılıb. Amma mənim həmin mərkəzlə artıq əlaqəm yoxdur, ona görə də işin nə yerdə olmasından məlumatsızam.Qaçmaq nədir? Məni ora həm də əməkdaşlıq adı ilə dəvət etmişdilər, bu təklifi qəbul etmişdim. 4 ay orada qaldım, gördüm ki, işlə bağlı layihə reallaşmır. Ona görə də mərkəzdən ayrıldım.
Hazırda yeni iş təklifi almışam, onu dəyərləndirirəm”
Bax belə.Heç kimə yaxşılıq etməyin.Yalnız heyvanlara yaxşılıq edin.
