DünyaSiyasət

Duqin danışır, biz susuruq

Əvvəl Solovyov çıxıb Mərkəzi Asiya və Cənubi Qafqazı eyni cümlədə hədəf kimi göstərdi.  İndi isə Duqin( Kremlin ideoloqu) artıq açıq mətnlə danışır. Nə eyham var, nə alt-mətn. Birbaşa. Deyir ki, Rusiya postsovet məkanında, o cümlədən Azərbaycanda müstəqil, suveren dövlətlərin mövcudluğu ilə razılaşmamalıdır. Onun fikrincə, yeni geosiyasi reallıqda Azərbaycan kimi ölkələrin ayrıca suverenliyi mümkün deyil və bu dövlətlər Moskvanın nəzarətində olan birliklərin tərkib hissəsi olmalıdır.
Bu artıq “şəxsi fikir” deyil. Bu “emosional çıxış” da deyil. Bu — ideoloji xəttdir.

Və daha vacibi, bizim ictimai şəxslərimiz, politoloqlarımız, iranşünaslarımız, beynəlxalq münasibətlər üzrə ekspertlərimiz niyə Duqinkimilərinin (adətən artıq formalaşmaqda olan düşüncəni sözə çevirən fiqurların) cavabını vermir? Faktlara əsaslanan məqalələr yazmır?
Niyə nə Solovyova, nə Duqinə və s. qarşı aydın, intellektual və arqumentli mövqe səslənmir? Bizim informasiya müharibəmiz bitib?
Yoxsa “it hürər, karvan keçər” fəlsəfəsi daha rahatdır?
Özbəkistan, Qazaxıstan, hətta Ermənistanda edirlər.
Susmaq olmaz!

İnformasiya müharibəsində sükut neytrallıq deyil. Sükut — boşluqdur.
Boşluq isə həmişə başqaları tərəfindən doldurulur.

 

Vəfa Həmzəyeva

Tacxeber.com

Oxşar xəbərlər

KQB-nin eks-agenti Putinin sirrini açdı

redaktor

Rusiya Talibana yardım edəcək

redaktor

Rusiya qoşunları “Şahed” kamikadze təyyarələri ilə Kiyevə hücum edib: dağıntı və tələfat var

redaktor