CəmiyyətGündəm

Vətəndaşı alçaldan məmur nə qaydanı qoruyur, nə də dövləti.

Sumqayıtda məmur eyni qəddarlığı və “qətiyyət”ı yüzlərlə sakini evindən edən tikinti maqnatlarına, bar-klub sahiblərinə münasibətdə göstərə bilərmi?!

Sumqayıtda Məhəmməd Əsədov küçəsində qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı özünü Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən bir şəxsin meyvə satan vətəndaşa qarşı kobud davranışları izləyən hər kəsdə ciddi hiddət doğurub.
Videodan aydın görünür ki, bu məmur vətəndaşa qarşı xüsusi aqressiya ilə malların mağazaya aparılmasına isə icazə vermir və məhsulları müsadirə edir.

Şübhəsiz ki, qayda varsa, hamı ona əməl etməlidir. Buna söz yoxdur. Amma qaydanı tətbiq etmək o demək deyil ki, saçı ağarmış bir vətəndaşla qul kimi davranasan, hamının gözü qarşısında ona qışqırasan, malını maşına yığdırıb biabır edəsən. Üstəlik də, vətəndaş sənin qəddarlığın qarşısında tam səbr və hörmət göstərməsinə baxmayaraq, sənin ürəyin soyumaya…

Bu adam cinayətkar deyil. Yol kəsən deyil. Sadəcə meyvə satır. Qaydanı pozubsa, normal şəkildə izah edərsən, protokol yazarsan, xəbərdarlıq edərsən. Dövlət məmuru belə davranmaz.

Maraqlıdır ki, bu məmur eyni qəddarlığı və “qətiyyət”ı yüzlərlə sakini evindən edən tikinti maqnatlarına, bar-klub sahiblərinə münasibətdə göstərə bilərmi?!

Təəssüf ki, belə məmurlar az deyil. İşlədikləri dövlət qurumunu şəxsi obyekti kimi görürlər, elə bil vətəndaş onlara borcludur. Səlahiyyət anlayışı ilə tərbiyə anlayışını qarışdırırlar.

Əgər kiminsə əsəbi bu qədər pozulubsa, özünü saxlaya bilmirsə, qışqırmaqla, təhqirlə “iş görürsə” — o adam reydə yox, həkimə getməlidir.

Qaydalara hər kəs əməl etməlidir. Amma qanunlar sadə, kasıb bir insanı alçaltmaq üçün yox, cəmiyyətdə nizam yaratmaq üçündür. Vətəndaşı alçaldan məmur nə qaydanı qoruyur, nə də dövləti.

 

Fərid Şahbazlı

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ”-“Lion” matçı ilə bağlı məlumat

admin

Türkiyəli zəlzələ alimindən XƏBƏRDARLIQ…

redaktor

“Rabitəbank” da işçi axtarır

admin