CəmiyyətTəhsil

Qalmaqallı rektorun başı dərddə: Yoxlamalar başlayıb-İDDİA

Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun fəaliyyəti son dövrlər ictimai müzakirələrə səbəb olan iddialarla gündəmə gəlib.

Məlumatlara görə, 4 noyabr 2024-cü il tarixində Texnologiya Universitetinə rektor təyin edilən Yaşar Ömərovun rəhbərlik etdiyi dövrlə bağlı bir sıra maliyyə uyğunsuzluqları araşdırılır. Bildirilir ki, hazırda Gəncə Şəhər Prokurorluğunda universitetdə baş verdiyi iddia olunan maliyyə pozuntuları ilə bağlı istintaq aparılır.

Mənbələrin verdiyi məlumata əsasən, araşdırma Maliyyə Nazirliyinin müvafiq məktubu əsasında başlanıb. İbtidai istintaq çərçivəsində universitetin bir sıra müəllim və əməkdaşlarından izahatlar alınıb. 26 sentyabr 2025-ci il tarixində isə tədris işləri üzrə müdir Cəsarət Şabanov, dekanlar və digər məsul şəxslərin istintaqa cəlb edildiyi bildirilir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlət idarəçiliyində əsas prinsip xalqa xidmət və şəffaflıqdır. Dövlət başçısı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı mübarizənin davamlı olacağını xüsusi olaraq qeyd edib.

Lakin yayılan məlumatlara görə, Texnologiya Universitetində baş verdiyi iddia olunan maliyyə pozuntuları ilə bağlı hələlik ictimaiyyətə açıqlanan konkret hüquqi qərar yoxdur.

Bildirilir ki, Gəncə Şəhər Prokurorluğunda təxminən 1 milyon 500 min manat məbləğində dövlət vəsaiti ilə bağlı cinayət işi mövcuddur.

Bununla belə, dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi və ya məsul şəxslərlə bağlı rəsmi açıqlama verilməyib.

Yaşar Ömərovun fəaliyyəti ilə bağlı daha əvvəl – 2022-ci ildə yayıldığı deyilən səs yazıları da zamanında müzakirələrə səbəb olmuşdu.

Texnologiya Universiteti ətrafında gedən araşdırmaların hansı nəticə verəcəyi və məsələ ilə bağlı rəsmi mövqenin nə vaxt açıqlanacağı isə hələlik məlum deyil.

 

Mənbə: www.tehsil.media

Tacxeber.com

Oxşar xəbərlər

Hüquqşünasdan ağır sözlər: “Ölkədə geyləşmə prosesi gedir…”

redaktor

Azərbaycanın yeni generalları – Fotolar

redaktor

Uşağı sıx bələməyin onun sağlamlığına təsirləri açıqlandı

redaktor