ABŞ prezidenti Donald Tramp Norveçin Baş naziri Yonas Qar Störeyə Nobel Sülh Mükafatından məhrum edilməsindən narazılığını bildirən məktub göndərib. Məktubda deyilir:
“Ölkəniz məni səkkiz və ya daha çox müharibənin qarşısını aldığıma görə mükafatlandırmadığı üçün artıq yalnız sülh haqqında düşünməyə borclu deyiləm”, – deyə Tramp yazıb.
O, sülhün prioritet olaraq qaldığını, lakin indi “ABŞ üçün yaxşı” olan şeylərə diqqət yetirə biləcəyini söyləyib. Prezident Qrenlandiyaya məsələsinə toxunaraq qeyd edib ki, o, Danimarkanın adanı kənar müdaxilələrdən qoruya bilməyəcəyinə inanır və onun mülkiyyətini şübhə altına düşüb: “Yazılı sənədlər yoxdur, yalnız yüz illər əvvəl ora çıxan qayıqlar olub. Bizim də qayıqlarımız var idi”.
Tramp həmçinin vurğulayıb ki, ABŞ NATO-ya böyük töhfə verib və indi bunun qarşılığənı gözləyir. O, yekun olaraq bildirib ki, “Qrenlandiyaya tam nəzarət etməsək, dünya təhlükəsiz olmayacaq”.
