Cəmiyyətİdman

“Qarabağ” 2 futbolçu üçün rəsmi təklif göndərdi

“Qarabağ” qış transfer pəncərəsi dövründə heyətini gücləndirmək niyyətindədir.

Ağdam təmsilçisi bu istiqamətdə fəaliyyətini ciddi şəkildə davam etdirir.

Bugünlərdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mediaya açıqlamasında demişdi ki, bir neçə mövqeyə futbolçu almaq istəyirlər və uğurla gedən danışıqlar var.

Transfer işləri ilə bağlı QOL.az saytına etibarlı mənbələrdən yeni xəbər daxil olub. Əldə etdiyimiz məlumata görə, “Qarabağ” rəhbərliyi iki futbolçu üçün rəsmi təklif göndərib. Təklif göndərilən klublar xarici ölkələri təmsil edir. Düzdür, həmin futbolçuların adı və mövqeləri hələlik açıqlanmır. Lakin bizə çatan xəbərdə bildirilir ki, “Qarabağ” qarşıdakı bir həftə ərzində yekun cavab gözləyir.

Cavab müsbət olsa, “Qarabağ” tezliklə heyətinə bir və ya iki yeni futbolçu cəlb edəcək. (Qol.az).

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ronaldo hotelini zəlzələdən zərərçəkənlər üçün istifadəyə verdi – FOTO

redaktor

“Niko”nun dostu: “Ruslanın ailəsi şikayətçi deyil” – AÇIQLAMA + FOTO

redaktor

Alidənin toyundan ilk görüntülər – Fotolar/Video

redaktor