İsrail Baş naziri Binyamin Netanyahunun ofisi bildirib ki, Qəzza İdarəetmə Şurasının tərkibi İsrail tərəfindən razılaşdırılmayıb və onun siyasətinə ziddir.
Bəyanatda deyilir: “Sülh Şurasına tabe olan Qəzza İdarəetmə Şurasının tərkibinin elan edilməsi İsrail ilə əlaqələndirilməyib və onun siyasətinə ziddir”. Ofis əlavə edib ki, Netanyahu “xarici işlər naziri [İsrail nümayəndəsi Gideon Saara] bu məsələni ABŞ dövlət katibi [Marko Rubio] ilə müzakirə etməyi tapşırıb”.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı beynəlxalq “Qəzza Sülh Şurası”nın təsisçilərindən biri olmağa dəvət etmişdi.
