CəmiyyətHadisəSağlamlıq

Neftçilər Xəstəxanasında pasiyenti qəbul etmədilər

Tacxeber.com xəbər verir ki, bu haqda Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında yazıb.

O, qızını tənəffüs borusunda qida qaldığı üçün təcili sözügedən xəstəxananın təcili tibbi yardım şöbəsinə apardığını qeyd edib.

Hüquq müdafiəçinin sözlərinə görə, onun övladına Mərkəzi Neftçilər Xəstəxanasında heç bir xidmət göstərilməyib:

“Dünən qızım nahar edərkən yediyi balığın (qurudulmuş) sümüyü qəflətən boğazına getdi. Bu da bərk ağrı, yanğı verib tənəffüsünü çətinləşdirdi. Onu Mərkəzi Neftçilər Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə apardım.

Orda bir saata yaxın ağrıdan, həyəcandan qıvrılan qızıma heç kim yaxınlaşmadı. Qeydiyyatda oturan xanımlara dəfələrlə yaxınlaşsam da xeyri olmadı.

Bir dəfə dodaqucu dedilər ki, liftin yanındakı ağ düyməni bas. Çaldığım zəngə də cavab verən olmadı…”, – deyə Mirvari Qəhrəmanlı gileylənib.

Şikayətçi məvbur qalıb xəstəni Xətai Tibb Mərkəzinə apardığını və qızına orada lazımi tibbi yardımın olunduğunu bildirərək klinikaya təşəkkür edib.

Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasından heç bir açıqlama almaq mümkün olmadı.

Mərkəzi Neftçilər Xəstəxanasında mövqeyini dərc etməyə hazırıq.(Xalq)

 

Tacxeber.com

Oxşar xəbərlər

Əsli Lerikdəndir, amma ABŞ polisidir – FOTOLAR

redaktor

Həyətda olmayan adamın adına pensiya alınıb.

admin

Almaniya vətəndaşı Azərbaycanda istintaq təcridxanasında saxlanılır -Video

admin