DünyaGündəmSiyasət

İran

14 yanvar tarixində bütün dünya ABŞ və İsrailin İrana qarşı kütləvi hava zərbələri endirəcəyini gözləyirdi. Lakin Trampın “İranda edam qərarlarının ləğv edilməsi səbəbindən zərbələrin olmayacağı” barədə açıqlaması beynəlxalq ictimaiyyətdə ciddi şok effekti yaratdı.

İranın daxilində minlərlə günahsız insanın öldürülməsindən sonra cəmiyyət ABŞ-dan daha sərt və prinsipial addımlar gözləyirdi. Ancaq bu addımlar atılmadı və gözləntilər boşa çıxdı.

Məntiqi baxımdan, Trampın geri addım atması İran rejiminə faktiki olaraq “yaşıl işıq” kimi görünürdü. Xarici hərbi təhdid aradan “qalxmış” kimi görünürdü və bu şəraitdə İran hakimiyyətinin ABŞ-ı, xüsusilə də Trampı açıq şəkildə hədəfə alması üçün heç bir rasional səbəb qalmamışdı. Əksinə, Tehran ritorikanı yumşaltmalı, mövzunu gündəmdən çıxarmalı idi.

Lakin reallıq tamamilə fərqli oldu.

Əvvəlcə Tehran prokuroru açıq şəkildə Trampın bəyanatını təkzib edərək bildirdi ki, edam qərarlarının ləğvi ilə bağlı deyilənlər yalandır və heç bir edam dayandırılmayıb. Bu açıqlama faktiki olaraq Trampın arqumentlərini ictimai şəkildə etibarsızlaşdırdı.

Daha sonra, 17 yanvar tarixində İranın ali dini lideri Əli Xameneyi daha da sərt mövqe sərgilədi. O, çıxışında ABŞ prezidentini birbaşa ittiham edərək bəyan etdi:”Biz ABŞ prezidentini bu etirazları alovlandıran, İran xalqına qarşı itkilərə, dağıntılara və böhtanlara görə məsuliyyət daşıyan cinayətkar hesab edirik.”

Sizə İran rəsmilərinin, hətta ali dini liderinin bu həssas məqamda bu cür aqressiv ritorikası təəccüblü və məntiqsiz gəlmirmi?

İranlıların davranışlı məntiqsiz görünə bilər, əgər aşağıda faktları bilməsəydik…

Ağ Ev alovlu bəyanatları, sosial şəbəkələrdə pafoslu statusların paylaşılmasını dayandırıb, əvəzində isə səssiz olaraq “USS Abraham Lincoln” aviadaşıyıcısı Fars körfəzinə yaxınlaşır və ABŞ İranın ətrafında hərbi qüvvələrini sürətlə çoxaldır. Amma artıq səssiz.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

İran ABŞ helikopterini lazerlə məhv etmək istədi.

admin

Ukrayna kəşfiyyat strukturlarının məhv etdikləri Rusiya Hərbi Dəniz Donanmasına aid sualtı qayığın parametrlırinə DİQQƏT edin.

admin

“Rusiyanın məqsədi dünya imkan verdikcə Ukraynanı məhv etməkdir” – Zelenski

redaktor