DünyaHadisə

Sən saydığını say…

Qroznıdan gələn təcili yardım təyyarəsi Vnukovo hava limanına eniş edib. Görünür ki, Kadırovun oğlunu Moskvaya gətiriblər. Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Adam Kadırov və dostlarının şəhər mərkəzində yüksək sürətlə yarışarkən qəzaya uğradığı avtomobil qəzası barədə xəbərlərdən sonra Çeçenistandan Rusiya paytaxına yola düşüb. Belə ehtimal edilir ki, Adam sağdır, amma ağır yaralanıb.

Bu, o Adam Kadırovdur ki, Ukrayna prezidenti Volodimir Zelenskini oğurlayıb Qroznıya gətirəcəyini bəyan eləmişdi. Vladimir Putin isə Ramzan Kadırovun öləcəyi təqdirdə (deyilənlərə görə, onun vəziyyəti yaxşı deyil, böyrəkləri işləmir və yaxın zamanlarda həyatdan getməsi mükündür), kiçik Kadırovu onun yerinə təyin etməyi planlaşdırırdı.

Hətta, Adam Kadırovu Kremldə qəbul etməsi ilə bağlı məlumatlar da yayılmışdı. Amma avtomobil qəzası bütün bu planların üzərindən xətt çəkə bilər…

 

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Zaxarova Ukraynanı AZAL təyyarəsinin qəzasının “əsas səbəbkarı” adlandırıb.

redaktor

“Rusiya Ukraynanın 200 min kvadrat kilometrlik ərazisini minalayıb”

redaktor

Abramoviç sanksiyalara görə 1 milyardlıq kolleksiyanı keçmiş arvadının adına keçirdi.

admin