İrandakı etirazlar hələlik məntiqi sonluğuna çatmasa da, onun təsirləri artıq özünü biruzə verməyə başlayıb. Qətər müxalifətinin lideri, hazırda Londonda yaşayan Qətər Demokrat Partiyasının rəhbəri Xaled əl-Hail Qətərin hakim ailəsini terroru maliyyələşdirməkdə, Əmir şeyx Təmim bin Həməd Al Tanini Müsəlman Qardaşlarını və HƏMAS-ı dəstəkləməkdə ittiham edib. Müxalifət lideri Qətərin hazırkı əmiri Təmim bin Həmədin islamçı dairələrin və anası Şeyxa Mozanın güclü təsiri altında olduğunu bildirib.
Qeyd edək ki, Doha Qərbdə genişmiqyaslı təsir əməliyyatlarını əsasən Şeyxa Mozanın qurcusu olduğu Qətər elm, təhsil və ictimai inkişaf fondu vasitəsilə apardığı haqqında məlumatlar var. Qətər hər il Qərbin universitetlərində Müsəlman Qardaşları şəbəkəsini yaratmaq üçün on milyardlarla dollar xərcləyir. Ekspertlər Qərb universitetlərindəki İsrail əleyhidarının və Fələstin tərəfdarlarının güclənməsini Qətərin xərclədiyi on milyarlarla dolların birbaşa nəticəsi hesab edir. Xaled əl-Hailin qeyd elədiyi kimi Qətər hökuməti hər kəsi satın almağa çalışır.
Çox nadir hallarda mətbuata müsahibə verən Xaled əl-Hailin indiki fəallığı İranda baş verən hadisələrin və ABŞ-ın Müsəlman Qardaşları hərəkatının üç ölkədəki qruplaşmasını terror təşkilatı elan etməsi ilə bağlıdır. İranın ardınca bütün Yaxın Şərqin böyük dəyişiklik mərhələsinə girəcək.
Müxalifət lideri iqtidara gələcəkləri halda İsrail ilə münasibətləri normallaşdıracaqlarını və terroru maliyyələşdirməyə son qoyacaqlarını bildirib. Əgər Qətərdə iqtidar dəyişikliyi baş versə, bu İsraillə yanaşı Azərbaycanın da xeyrinə olar. Hazırda Azərbaycanda ən təhlükəli prosesin, Azərbaycanlı siyasi kimliyinin sarsıdılmasına yönəlmiş fəaliyyət Qətərin böyük pulları hesabına Türkiyə üzərindən aparılır.
İranda rejim dəyişikliyi Yaxın Şərqdə nizamın yenidən formalaşmasına gətirib çıxarcaq ki, bu da bütün dünyada terrorun və radikalizmin səngiməsinə səbəb olacaq. İrandakı rejimin devrilməsini əhəmiyyətli edən ən güclü amil budur.
