DünyaSiyasət

Donbas satılmır: Ukraynalıların əksəriyyəti Rusiya ilə razılaşmaya qarşıdır

Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KIIS) tərəfindən 9-14 yanvar 2026-cı il tarixlərində aparılan sorğuya görə, ukraynalıların əksəriyyəti ABŞ və Avropadan təhlükəsizlik zəmanətləri müqabilində Donbasın Rusiyanın nəzarətinə verilməsi ehtimalını qəti şəkildə rədd edir.

Respondentlərin 54%-i belə bir addımı qəbuledilməz hesab edir, 39%-i isə əhəmiyyətli zəmanətlər aldıqları təqdirdə bunu nəzərdən keçirməyə hazırdır. Digər 5%-i isə qərar verməyib.

Donbasın Rusiyanın nəzarətinə verilməsi ilə razılaşmayanlar arasında 35%-i münaqişənin bundan sonra da davam edə biləcəyinə inanır. Otuz üç faizi “Ukraynanın sadəcə ərazilərindən imtina edə bilməyəcəyinə” əmindir, 25 faizi isə Qərbin təhlükəsizlik zəmanətlərinin real olduğuna inanmır.

Güzəşt tərəfdarları arasında 24%-i Rusiyadan real müdafiə mexanizmlərində, 21%-i Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsində və 18%-i isə zəruri silahların tədarükündə israr edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

İranlı deputatdan SENSASİON AÇIQLAMA – “Rusiya hərbi məlumatlarımızı İsrailə ötürüb”

redaktor

Samir Şərifov niyə Sahil Babayevlə əvəzləndi? – SƏBƏBLƏR

redaktor

Stoltenberqdən ETİRAF: “Rusiya ordusu Avropa silahlı qüvvələrindən güclüdür”

redaktor