DünyaSiyasət

“Ukrayna ağır güzəştlərə getməli olacaq” – Çexiya Prezidenti

Hər zaman Ukrayna meylli mövqeyi ilə seçilən Çexiya Prezidenti Petr Pavel Kiyevə səfər edib.

Tacxeber.comxəbər verir ki, Ukrayna mediasının yazdığına görə, Pavel səfəri zamanı Ukraynanın sülhün bərqərar olması üçün çətin və ağrılı güzəştlərə razılaşmalı olacağını deyib.

“İnanıram ki, Ukrayna təklif olunan həllin məqbul olmasını təmin etmək üçün çox iş görüb. İnanıram ki, Ukraynanın etməli olduğu və etməyə hazır olduğu bir neçə ağrılı güzəşt var”, – deyə Çexiya Prezidenti Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında qeyd edib.

Zelenski isə Ukraynada müharibəyə son qoymaq üçün Amerika planında nəzərdə tutulan ərazi və digər fundamental güzəştlərə qarşı çıxır. (AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna NATO-ya DOĞRU: Zelenski üzvlüklə bağlı bəyannamə imzaladı

redaktor

Müəllim rus dili tələbinə görə şagirdi döydü – VİDEO

redaktor

Ukrayna ordusu indi də Belqoroda girir.

admin