CəmiyyətGündəmHadisəQalmaqal

Keçmiş icra başçısının oğlu öz tanışını güllələyib

Yevlaxda silahlı insident baş verib. APA-nın məlumatına görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Zaur Səmədovun Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir.

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ildə həbs olunmuşdu. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısı 2023-cü ilin iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb. Həmin il dekabr ayında vəfat edib.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ronaldo anasına bahalı hədiyyə aldı – Şəkillər

admin

Avrokuboklarda çıxış edən futbol klublarmız nə qədər pul qazanıb?

admin

“Bilet tapa bilmədiyim üçün Bakıya gəlmədim” – Allahşükür Paşazadə

admin