CəmiyyətGündəmHadisəQalmaqal

Keçmiş icra başçısının oğlu öz tanışını güllələyib

Yevlaxda silahlı insident baş verib. APA-nın məlumatına görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Zaur Səmədovun Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir.

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ildə həbs olunmuşdu. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısı 2023-cü ilin iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb. Həmin il dekabr ayında vəfat edib.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İstanbul–İrəvan arasında ilk müntəzəm yük reysi həyata keçirilib

admin

Krım körpüsünə ardıcıl ikinci gecə hücum: hərəkət yenidən dayandırılıb

admin

Böyük gələcək kiçik rəqəmlərlə və cüzi təsəllilərlə qurulmur!!

redaktor