14 yanvarda hamı qaçılmaz olanı gözləyirdi: ABŞ İrana sarsıdıcı zərbə endirəcəkdi. İsrail ordusu tam döyüş hazırlığında idi, HHM sistemlərindən tutmuş zərbə eskadrilyalarına qədər, yüksək rütbəli zabitlər bunkerlerdə gecə yarısına qədər dəqiqələri sayırdılar. Birdən Vaşinqtondan əməliyyatı dərhal dayandırılması barədə mesaj gəlir.
14 yanvarda ABŞ-ın 6 KC-135 Stratotanker yanacaq dolduran təyyarəsi Qətərdəki Əl-Üdeyd bazasından havaya qalxaraq Ərəbistan yarımadasının cənubuna doğru istiqamət götürdü. Onlar gizlilik məqsədilə transponderləri söndürmüşdülər ki, bu da real döyüş uçuşlarına hazırlıq üçün tipikdir.
KC-135R-lər ABŞ Hərbi Hava Qüvvələrinin əsas hava yanacaq dolduranlarıdır və qırıcıları (F-15, F-22), bombardmançıları (B-52) və kəşfiyyat təyyarələrini uzaq məsafələrdə havada saxlamağa, çoxsaatlıq missiyaları təmin edirlər.
Yanacaq dolduran təyyarələr İranın dərinliklərinə, nüvə obyektləri və SEPAH bazaları daxil olmaqla zərbə dalğaları həyata keçirməyə imkan verir.
Bundan əlavə “USS Abraham Lincoln” aviadaşıyıcı qrupunun Cənubi Çin dənizindən Fars körfəzinə doğru hərəkətlənməsi də gərginliyin hansı səviyyədə olduğunu ortaya qoyurdu. İsraildə analitiklər əmindir ki, Tramp hücum planından imtina etməyib, sadəcə onu strateji olaraq təxirə salıb, güclü aviadaşıyıcı qrupunun bölgəyə gəlməsini gözləyir(5-7 gündən sonra).
Tramp, əvvəlki son dərəcədə radikal və qətiyyətli ritorikasına baxmayaraq hazırda İranda rejim dəyişikliyi barədə birbaşa bəyanatlardan yayınır. Qərbin aparıcı siyasi analitikləri əmindirlər ki, Tramp İranda daxili sabitliyin sarsıldığı, hücumun isə maksimal effekt verəcəyi anı gözləyir. Diplomatiya dayandırılıb və səbəb son dərəcədə sadədir: danışıqlar predmeti yoxdur, başqa sözlərlə İranın ABŞ-a təklif edəcək bir şey yoxdur.
Tramp isə ideal məqamı gözləyərək susqunluğa qərq olunub.
