DünyaGündəmSiyasət

Ermənistan… Düşüncələr və reallıqlar.

Ermənistan baş naziri Paşinyan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı rabitələr barədə bunları bəyan edib:

“Bizim siyasi iradəmizi bir daha təsdiqləmək istəyirəm: razılaşdırılmış çərçivə planına təbii ki, tam hazırıq, qətiyyətliyik və bu istiqamətdə mütləq irəliləyəcəyik. O cümlədən də, dəfələrlə bəyan etdiyimiz prinsiplərə əsaslanaraq qonşu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz rabitəni təmin etməklə… Bizim öhdəliyimiz ondan ibarətdir ki, burada da münaqişə məntiqini aşmalı və sülhə uyğun yeni atmosfer və məntiq əldə etməliyik!”.

Açıq görünür ki, Paşinyan ölkələrimiz arasında, ən azı, dövlətlər arasında normal münasibətlər qurulmasının səmimi tərəfindədir. Azərbaycan tərəfdən də elə bu səmimiyyətlə addımlar atılır.

Mən də belə düşünürəm ki, artıq bu iki ölkənin arasında münaqişə qızışdırıb da, mənfəətlərini götürən şimal və cənub qonşuların bu yöndəki təsirləri rədd ediləndən sonra, iki qonşu dövlət öz dövlət və xalq mənfəətlərinə uyğun sərbəst əlaqələrində haqlıdır. Zaman, həyat lazımlı edir. Hansı ki, həmin şimal-cənub ölkəsi “şəbəkələri” iki qonşu cəmiyyəti içində sülhə qarşı iş aparır.

Qaldı ki, cəmiyyətimizin, insanlarımızın bəzən bu barışıqla barışa bilməməsi, bu anlaşılandır. Mən özüm, bir vətəndaş, bu torpağın oğlu kimi bağışlaya bilmirəm bu qonşulara işğalı, Xocalı qırğınını, 1 milyon qaçqını, şəhid, yaralı qanını. Məndən olsa, Qərbi Zəngəzuru da tam alaraq, bir 30 il də oranı “həbsdə” saxlayardım, əvəzlə. Yəni, üzərlərində hiss etsinlər ərazi zəbti nədir.

Ancaq bir hüquqşünas və bir qədər də ictimai- siyasi həyatla əlaqəli kimi, ümummilli, ümum- ölkə mənafeyi baxımından da geniş miqyasda düşünəndə, qarşıda başqa bir mənzərə yaranır.

Yəni, çox da böyük ölkə olmayaraq beynəlxalq tərəfləri və bəzi həddləri düşünəndə, xüsusilə də, Ermənistan hökuməti, Paşinyanın “erməni soyqırımından”, “Dağlıq Qarabağdan” imtinası, Azərbaycana qarşı davamlı peşmanlı barışıqlı addımları, burdan yaranan sülh, əmin-amanlıq və inkişaf vacibliyi qəzəb-hirs hissini cilovlayır. Qonşu dövlətdir, yox edəsi, ya köçürdəsi deyil!

Allah şəhidlərimizə rəhmət eləsin, veteranlara, əziyyət çəkmiş bütün xalqımıza sağlıq versin!

P. S.
Bunlar şəxsi, səmimi müstəqil fikirləriimdir və hansısa siyasi tərəf mövqeyi nəzərdə tutulmur.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Ramiz Mehdiyevə məxsus “Bank BTB” məhkəməyə verildi

redaktor

Siyasi məhbus Ülviyyə Əli təcridxanadan yazır: “Türmədə “unudulmuş” məhbusları görmək məni çox kədərləndirir.”

admin

Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı

redaktor