DünyaSiyasət

ƏRDOĞANIN VARİSİ… – Britaniya nəşri mümkün namizədləri açıqladı

Son zamanlar Türkiyəyə Rəcəb Tayyib Ərdoğandan sonra kimin rəhbərlik edəcəyinə dair müzakirələr çoxalıb.

Tacxeber.comxəbər verir ki, İngiltərənin “The Economist” nəşrinə görə, Ərdoğanın varisi oğlu Bilal, kürəkəni Səlcuq Bayraktar, Türkiyənin xarici İşlər naziri Hakan Fidan və ya keçmiş daxili işlər naziri Süleyman Soylu ola bilər.

Nəşrin sorğu apardığı ekspertlər qeyd ediblər ki, Hakan Fidanın Türkiyə liderinin xələfi olmaq şansı daha yüksəkdir. Onların qeyd etdiyi kimi, Türkiyənin hazırkı XİN başçısı 10 ildən çox ölkənin kəşfiyyat xidmətinə rəhbərlik edib. Ekspertlər əlavə ediblər ki, varisliyə ən az şansı olan Ərdoğanın 44 yaşlı oğlu Bilaldır. “The Economist” xatırladıb ki, Ərdoğan 71 yaşındadır. Türkiyə qanunvericiliyinə görə, o, 2028-ci ilə planlaşdırılan növbəti prezident seçkilərində namizədliyini irəli sürə bilməyəcək. Türkiyə lideri dəfələrlə bildirib ki, bu, onun prezident kimi sonuncu müddətidir.(AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Trampın yeni sülh planının təfərrüatları ortaya çıxdı. Ukrayna nəyə məcbur edilir?

admin

Britaniya yeni taktiki nüvə başlıqlarını daşıyan təyyarələr hazırlayacaq – Trampın siyasəti Avropanı silkələyir

admin

Ukrayna NATO-ya DOĞRU: Zelenski üzvlüklə bağlı bəyannamə imzaladı

redaktor