ABŞ illərdir Maduronu “Günəşlər karteli” (Cartel de los Soles) adlandırdığı narkobandaya rəhbərlik etməkdə günahlandırırdı. Əvvəldən məlum idi ki, belə bir kartel yoxdur. Adı da MKİ fikirləşmişdi. Çavesin vaxtında MKİ ilə əməkdaşlıq edən bir neçə Venesuela zabiti ABŞ-a və ABŞ vasitəsilə Avropaya narkotika daşıyırmış. Onların poqonlarında olan günəş işarəsindən MKİ bu adı uydurmuşdu.
Bu saxta məlumat əsasında ABŞ-ın Ədliyyə Nazirliyi 2020-ci ildə Maduroya qarşı ittiham aktı tərtib etdi. İttiham aktı əsasında ABŞ-ın Maliyyə Nazirliyi 2025-ci ildə “Günəşlər karteli”ni beynəlxalq terrorçu təşkilatlar siyahısına daxil etdi. Bundan sonra isə Maduro avtomatik beynəlxalq terrorçu təşkilata rəhbərlik etməkdə ittiham edərək, onu başına $50 milyon mükafat təyin etdi.
3 yanvarda ABŞ beynəlxalq narkoterrorizmlə mübarizə bəhanəsi ilə Venesuelaya hərbi müdaxilə edərək, 100-ə yaxın adamı öldürdü və Maduronu xanımı ilə birlikdə oğurladı.
Nyu-Yorka gətirilən Maduroya qarşı ittiham aktı tərtib edildi və məlum oldu ki… “Günəşlər karteli” yoxdur. İttiham aktında belə bir kartel adı çəkilmir. The New York Times qəzeti 6 yanvarda yazdı ki, belə bir kartelin mövcud olduğunu məhkəmədə sübut etmək mümkün olmayacaq deyə Ədliyyə Nazirliyi ittiham aktından onun adını çıxardıb.
Amma bütün “mütərəqqi və demokratik” mətbuat bu yalanı illərdir ki, insanların beyninə yeridirdi.
