DünyaSiyasət

Xameneinin oğlu bu ölkəyə qaçmağa çalışır? – “İrandan oraya 1.5 milyard dollar köçürüblər”

İranın Ali Lideri Seyid Əli Xamenei və onun ətrafındakılar son iki gündə Dubaya 1,5 milyard dollar köçürüblər.

Tacxeber.comxəbər verir ki, İsrailin “Channel 14” televiziya kanalı belə bir iddia ilə çıxış edib.

Məlumata görə, Əli Xameneinin oğlu Müctəba Xamenei də daxil olmaqla, İslam Respublikasının yüksək vəzifəli şəxsləri son iki gündə Birləşmiş Ərəb Əmirliklərinə – Dubaydakı depozit hesablarına 1,5 milyard dollar köçürüblər.

Pentaqon müşaviri polkovnik Duqlas MakQreqor da iddia edib ki, Xameneinin oğlu Dubayda sığınacaq axtarır.

Bütün bunlar İranda davam edən etirazlar və iğtişaşlar fonunda baş verir.Ölkədə son günlərdə ölən və yaralananların sayının minlərlə olduğuna dair məlumatlar yayılır.(AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan İKT ixracında xeyli irəliləyə bilib.

admin

Xamenei: “HƏMAS yaşayır və yaşayacaq”

redaktor

Kim Çen Inın bacısı: Həddindən artıq hürürlər, məhv edəcəyik

redaktor