DünyaSiyasət

Tramp Ukrayna sülh danışıqlarını Putin yox, Zelenskinin təxirə saldığını bildirib.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı hərbi əməliyyatlara son qoymağa hazır olduğunu bildirib. O, həmçinin Kiyevin Rusiya ilə potensial sülh müqaviləsinin bağlanmasına mane olduğunu iddia edib.

“Düşünürəm ki, o (Putin – red.) razılaşma əldə etməyə hazırdır. Düşünürəm ki, Ukrayna razılaşma əldə etməyə daha az hazırdır”, – deyə o, Reuters agentliyinə verdiyi müsahibədə bildirib.

Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqları niyə gecikdirdiyini düşündüyü soruşulduqda, Tramp belə cavab verdi: “Sadəcə düşünürəm ki, o, ora çatmaqda çətinlik çəkir”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Milli uduzdu, federasiyanın prezidenti CƏZALANDIRILDI

redaktor

Paşinyanın hakimiyyətə gəlməsi Vardanyanın planını pozub

admin

Netanyahunun köməkçisi casus imiş

redaktor